TƏZƏ XƏBƏRLƏR
Rus əsgəri Kokanddan qayıdandan sonra Rusiya zəbt edən Namanqan okruqu ki, onun tuli 200 və ərzi 50 ağacdır, bunt edib, amma ruslar genə zəbt ediblər. Misrin 35 min əsgəri Həbəş hökumətinin paytaxtına daxil olub.
* * *
Hind-Çində olan Malay soltanının vəliəhdi Abdulla ingilislərə artıq ticarət ixtiyarı verdiyinə onun qardaşı İsmayılın adamları ingilis konsulunu öldürüblər. İndi oraya ingilis əsgəri gedib.
* * *
Peterburqda xəstələrə baxan icma Qerseqovinəyə 200 xəstəyə lazım olan mayəhtac və 5 təbib göndərib.
* * *
Gələn il Qazan şıəhərində müsəlmanları oxutmaq üçün müəllimxana açılacaqdır. Yəni ol müəllimxanada oxuyanları müsəlman məktəblərinə müəllim təyin edəcəkdirlər.
* * *
Rusiyada çap olunan kitablardan birisi gərək padşahlıq kitabxanasına göndərilsin. O kitabxananın siyahısı binaən keçən il Rusiyada 9776 kitab təzədən inşa olunmuş çap olunub.
* * *
Cənubi Rusiyada çəyirtgə bu il 35 000 desyatin yerə toxum salıb.
* * *
İngilisldə dəryada qərq olan gəmilər özlərinə kömək çağırmaqdan ötrü bir maşın bina ediblər ki, onun sədası külək şiddət edən zaman altı ağac yol gedər.
* * *
Moskvadan noyabrın 1-dən yazırlar: Əla merinos yunu 38, miyanəsi 33 və alçağı 28 manat. Rusiya yununun ağı 6-10, qarası 6-8 manat. Dəvə yunu 5-6 manat, at yalının pudu 5-8 manat, Mazandaran pambığı 6 manat 25 qəpik, İtaliya ipəyi 380-460, Şəki ipəyi 120-130, Buxara ipəyi 115-125, Dərbənd boyağı 3 manat 3 manat 50 qəpik, Moskva qəndi 8 manat, günəbaxan yağı 6 manat, imperial 6 manat 25 qəpik, gümüş manat 1 manat 20 qəpik.
«Əkinçi», 2 dekabr 1875
Для отправки комментария необходимо войти на сайт.