Daily Archives: 06.06.2015

«ƏKİNÇİ» QƏZETİ: ANA DİLİNİ SAYMAYANA SALAM VERMƏZLƏR

Стандартный

«Qars şəhərindən X. Qorxmazov yazır:

Dünyada xəlq olunan millətlər öz lisanlarına ana lisanı deyib, ol lisan ilə xudavəndi-aləmə ibadət edib insanlıq edirlər. Bunun üçün bir lisan bir millətin olanda və lisanın dəxi əsası millət olduğundan (hər) bir kişiyə vacibdir ki, daima onun irəli getməsinə canını fəda etsin və millətin xidmətində bulunmayan kişiyə bir kəs yaxşı deməyəcəkdir. Əgər xalq içində eşidilə ki, filan kişi öz anasını yaxşı saxlamayıb, ona çörək və libas vermir, ol vaxtda hər kəs ol kişiyə yaman sözlər deyib yoldan keçərkən rastına gəlsə, bu, anasını xoşnud eləməyən kişidir – deyibən Allahıın salamını ona dəxi verməkliyi çox görəcəkdir. Bu millət ki bu qədər övladlar dəxi gətirmişdir neçə-neçə cəhətlərlə  onlardan borclar istəyəcəkdir və hər kəs münkər olmayıb mədyundur öz xidmətini əda eləməyə. Qədim tarixlərdən məlumdur ki, çox millətlər irəli getməkdə idilər. Amma şimdi hamıdan geridə qalıblar. Və o millətlət ki, geridə idilər, şimdi qabaqda gedən və getməkdə olandırlar. Əcaba bunların səbəbi nədir?

Özgə bir səbəb yoxdur, ancaq qədim zamanlar əfkar sahibi kişilər həmişə millətin irəli getməyi üçün ağıl tökürdülər. Kəndi əhzanına dəxi öz əfkarından bəxş edirdilər, amma şimdi ki, zikr olunan inkarı yaddan çıxarıb ancaq pul qazanmağa, zəngin olmağa yaxşı geyməyə və yeməyə çalışırlar. Və özləri elm və ədəb kəşf etmədiklərindən başqa övladlarını dəxi bu lütfi-rəbbanidən buraxırlar. Və bir kişi ona yaxşılıq olmaq imkanı ilə söyləsə ki, övladınızı nə üçün məktəbə göndərmirsiniz, cavab veriri ki, oğlum çox oxuyub mollamı olacaqdır? Öz çulunu sudan çıxarmağı bilir, şimdi varsın pul qazansın. Şimdi bir sual: əgər bir kişi elm, ədəbi, tərbiyə ilə mədəniyyəti bitərəf edib pul qazanmaqlığı ondan yaxşı tutursa, ol kişidən millətpərvərlik məlum olurmu? Haşa».

«Əkimçi» qəzeti, 02 dekabr 1875

Реклама