LiderXeber.az informasiya agentliyi Samarada adam öldürdüyünə görə 13 ilə azadlıqdan mərhum olunmuş idmançı Canpolad Budaqovun Azərbaycana mümkün ekstradisiyası barədə məqalə dərc edib. ( Lider Xəbər | Erməni rəis həbsxanada olan azərbaycanlı dünya çempionundan qisas almaq istəyir
liderxeber.az)
Məqalə müəllifi Səbuhi Vaqifoğlu məhkumun yaxın adamlarına istinad edərək istintaqın düzgün aparılmadığını, məhkəmə qərarınıın ədalətsiz olduğunu iddia edir. Cənab Vaqifoğlu, görünür ki, öz jurnalist fantaziyasından gen-bol qaynaqlanıb, kafedəki qanlı davanın iştirakçılarının sayını az qala yüzə çatdırıb.
Biz cinayət işinin mahiyyətinə, məhkəmə istintaqının kefiyyətinə və hökmün nə dərəcədə ədalətli olub-olmadığına toxunmaq istəmirik, əgər Səbuhi Vaqifoğlunun əlində faktlar varsa, qoysun ortalığa, şahid ifadələri varsa, adlarıyla çap eləsin – yaxşı jurnalist belə edir. Cənab Vaqiofoğlunun qondardığı nağıllarla inzibati orqanlar qalsın, ictimaiyyət qabağına çıxmaq olmaz.
Biz yalnız bir məsələyə toxunmaq istəyirik. Yəni Səbuhi Vaqifoğlunun məqaləsindəki ağ yalana. Müəllif yazır ki, Budaqovun Azərbaycana verilməsi ona görə vacibdir ki, türmədə onun həyatına təhlükə var, guya üç ay bundan qabaq türmənin rəisi dəyişilib, təzə rəis isə ermənidir və bu erməni Canpolad Budaqova işgəncə verir.
Səbuhi Vaqifoğlunun nəzərinə çatdırırırq: Budaqovun cəza çəkdiyi 3 saylı islah koloniyasında rəis dəyişməyib, əvvəlki illər olduğu kimi, müəssisəyə polkovnik Quryanov Andrey Vyaçeslavoviç rəhbərlik edir. Hələ bu qalsın,Cəzaların icrası üzrə Federal xidmətin Samara vilayəti idarəsinin rəisi etnik azərbaycanlı general Rmiz Almazovdur. Beləliklə, adi cinayət hadisəsinierməni-azərbaycanlı ixtilafı müstəvisinə keçirmək cəhdi nəinki jurnalist etikasına ziddir, bu həm də təxribatçı xassə daşıyır, çünki Samara vilayətində guya azərbaycanlılara qarşı ayrıseçkiliyin rəsmi siyəsət olduğunu iddia edir.
Səbuhi Vaqifoğlunun, “Liderxəbərin” bütün əməkdaşlarna bildiririk ki, “Samara vilayəti azərbaycanlılarının Liqası” iki il əvvəl Budaqovun cəza çəkdiyi müəssisədə nərd turniri keçirmiş, konsert vermişdir. Təşkilatın rəhbərliyi by yaxınlarda yenidən müəssisəyə baş çəkmək niyyətindədir.
Федеральное казенное учреждение «Исправительная колония №3 Главного управления Федеральной службы исполнения наказаний по Самарской области» (ФКУ ИК-3 ГУФСИН России по Самарской области) Почтовый адрес: Ул. Вторая Промышленная, 8 г. Новокуйбышевск, Самарская область, 446214 Электронная почта: FGUIK-3.71@mail.ru Телефон для справок: 8(846)359-67-64 коммутатор Начальник, полковник внутренней службы Гурьянов Андрей Вячеславович
Для отправки комментария необходимо войти на сайт.