MARAQLI BİR HEKAYƏ VƏ MƏŞHUR AİLƏDƏN OLAN TƏRCÜMƏÇİ

Стандартный

Taqanroqlu şair, yazıçı və publisist, Azərbyacana, Azərbaycan xalqına böyük rəğbət bəsləyən Akeksandr Fomenkov azərbaycancaya tərcümə olunmuş bir hekayəsini “Ocaq” qəzetinə göndərib. Tərcümənin müəllifi Zülfüqar Rüfətoğludur.

ЗУЛЬФИГАР внук

Zülfüqar Rüfətoğlu 1958-ci ildə Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib. BBC Azərbaycan xidmətinin prodüseridir. 1984-cü illərdə «Azərbaycan qadını», «Sovet kəndi», ”Kommunist”,”Xalq qəzetində çalışıb 1991-ci ildə «Qızıl qələm» mükafatına layiq görülüb. 1993-cü ildə “Röyter” agentliyinin  kurslarında təhsil alıb 1995-ci ildən isə BBC Azərbaycan xidmətində işləyir.

РУФАТ

Zülfüqar Rüfətoğlunun atası Rüfət Əhmədzadə (1933-1988) görkəmli Azərbaycan şairidir. 11 kitabın, bir neçə musiqili komediyanın, televiziya tamaşasının Müəllifidir. Xeyli mahnının sözlərini yazmışdır.

ZЗУЛЬФИГАР дед

Rüfət Əhmədzadənin atası Zülfüqar Əhmədzadə (1898-1942) Azərbaycan-talış şairi, ictimai xadimdir. İstambulda təhsil alıb. Stalin irticasının qurbanı olub.

  Aleksandr Fomenkov

Qara paltarlı qadın

     Bir vaxtlar öz sərbəstliyi ilə məşhur olan və dahi rus yazıçısı Anton Pavloviç Çexovun vətəni Taqanroq şəhərinin lap qurtaracağında yaşadığım vaxtlar on bir yaşım olardı. Mənim doğulduğum küçənin qarşı tərafində şəhər qurtarırdı. Onda hələ şəhərin şərg hissəsi Taqanroqun kənarında yaşayan Şimal qəsəbəsinin sakinlərinin dilində “Dayaq Tiri” adlanan dərin yarğanın üzərində asılmiş vəziyyətdə deyildi. Yarğanın arxasında ikinci dünya müharibəsində həlak olan əsgərlərin qanı ilə suvarılmış Simbek yüksəkliyi ucalırdı. Şəhəri yarğandan o zamanlar təminatlı hesab edilən şəhər sakinlərinin ev heyvanlarını otardığı, hündür otlar və seyrək akasiya ağacları ilə örtülmüş çöllük ayırırdı. Çöllüyün qurtardığı yerdə sanki oranın daimi sakini olan və biz uşaqların canına vahimə salan, qalın zəncirlə dəmir payaya bağlanmış, uzun ayaglı və qəzəbdən gözləri qızarmış qorxunc keçi durardı. Yalnız bir dəfə mən cürət edərək təkbaşına o keçiyə otuz metrə kimi yaxınlaşa bilmişdim. Barıt toplamaq lazım idi. Deyirdilər ki, almanlar bu yerlərdə barıt saxlayarmışlar və bizim kimi baxımsız atıcılar hətta 20 ildən sonra belə budaqlarda oturan qarğaları qorxutmaq üçün səsli partlayıcı paketlər düzəltməyə tam yararlı kiçik qəhvəyi çubuqları torpaqdan qazıb çıxarardıq. Yayın sonu olmasına baxmayaraq günəşli bir gün idi. Mənim tərəfimdən dincliyi pozulan keçini qorxu hissi ilə izləyərək, necə partlayacağını təsəvvür edərək quru torpaqda eşələndiyim an ilk əvvəl başa düşə bilmədim ki, mənimlə nə bas verir – birdən birə ağrı və acı ilə dolu insan iniltisi məni xəncər kimi kəsdi. Bir müddət heçnə anlamadım. Özümə gələndə yerə sərilmiş qara paltarlı o qadını gördüm. Bir qədər aralı üç nəfər qarabəniz, üzlərini sıx tük basmış kişi dayanmışdı. Bu mənzərəni və o qorxunc keçini gərüncə özümdən asılı olmadan ağlamağa başladım. Qadın başını qaldırdı. Yaylığının altından görünən ağarmış saçları onun dərin qırışlarla örtülü qarabəniz çöhrəsini haşiyəyə almışdı. O bir neçə dəqiqə hissiyatsız, həsrət acısı ilə dolu gözlərilə mənə baxdı. Birdən onun sinəsindən “Zülfüqar” deyə bir hayqırtı cıxdı. O. əllərini mənə sarı uzadaraq anlamadığım bir dildə nələrsə söyləyə-söyləyə ayağa qalxmağa çalışdı. Kişilərdən ikisi sürətlə qadına, üçüncüsü isə mənə tərəf yaxınlaşdı. Onun mavi, xeyirxah gözləri var idi. O məni qaldırmaq üçün əyildi və mənim təccübümə rəğmən aydin sezilən şivə ilə rus dilində belə söylədi:-Bizim anamız səni böyük oğluna oxşadıb. O 43-cü ilin avqustunda həlak olub və haradasa bu torpaqlarda uyuyur. Get evə qardaş. Qoy anamız sakitləşsin. Mən yolun fərqinə varmadan gedirdim. Düz keçinin üstünə. Və hələ çox zaman mənim beynimdə , mənə tanış olmayan söz “Zülfüqar” səslənirdi. Sonralar öyrəndim ki, azərbaycanlılarda belə bir ad var. Onda isə… Mənə lazım olan barıtı yığdım. Lakin başqa bir vaxt. Uşaq ağılsızlığı ilə yığdığım o barıtı öz taleyimin altına qoydum, elə partladı ki, cingiltisi qulaqlarımdan indiyəcən getmir, üstündə durduğum torpaq ayaqlarımın altından qaçır. O zamandan otuz il ötür. Maraqlıdır ki, illər ötdükcə o görüşün xatirəsi yaddaşımda möhkəmləndikcə möhkəmlənir. Bu günlərdə nə isə məni Şimal qəsəbəsinə çəkdi. Əvvəllər çöllük olan o ərazidə indi doqquz mərtəbəli yeni binalar ucalırdı. Indi burada aksiyalar bitmirdi. Bizim evimizin damında qarğalar gəzişirdi. bəlkə də öz gözlərimlə görməsəydim, kimdənsə eşitsəydim bir an olsun belə heç kəsə inanmazdım. Yeni tikililərin həyətlərindən birinin ortasında rütubətli torpağa sancılmış, mənə uşaqlıqdan tanış olan dəmir paya və ondan asılı bir neçə paslanmış zəncir həlqəsi görsənirdi.                                                                                                  ФОМЕНКОВ

                              

2001-ci ilin avqustu, Taqanroq şəhəri             

 Azərbaycan dilinə tərcümə etdi Zülfüqar Rüfət oglu Əhmədzadə

Обсуждение закрыто.