В праздничном концерте в Доме дружбы народов, посвященном Международному женскому дню, младшая группа танцевального коллектива «Лиги азербайджанцев Самарской области» показала несколько хореографических номеров, в том числе «Джюджелерим». («Cücələrim»)
Daily Archives: 21.03.2015
Мар21
Мар21
NOVRUZDA HƏFTSEEN NƏDİR VƏ HAÇAN YARANIB?
Populyar Amerika qəzeti Huffington Post 20 mart sayında İranda Novuruzun keçirilməsinə aid yazı dərc edib. Burda həftseen adlanan bayram süfrəsindən söhbət gedir. Həftseen süfrəyə hər birinin adı fars əlifbasının “s” hərfi ilə başlanan və baharı və yenilənmənin rəmzi olan yeddi qida qoyulmalıdır.
Həftseen süfrəsi Novruzda yeni ənənədir. Və haçan başlandığı məlum deyil. Lake Forest gollejinin professoru Əhməd Sədri deyir ki, bu ənənədən İranda müxtəlif dövrlərdə olmuş səyahətçilər də yazmayıblar. Kolumbiya universitetinin İran Ensiklopediyasında güman olunur ki, həftseen son yüzillikdə yaranıb.
İndi həftseenə baxaq.
1 Seeb (alma) – gözəllik rəmzi
- Seer (sarımsaq) – sağlamlıq rəmzi
- Serkeh (sirkə) – səbr rəmzi
- Sonbol (sünbül) – yazın rəmzi
- Samanu (halva) – bolluq rəmzi
- Sabze (səbzi) – canlanma rəmzi
- Sekeh (metal pul) – rifah rəmzi
Для отправки комментария необходимо войти на сайт.