Peterburqdan Əsgər Adıgözəlzadə Gorani yazır ki:
Bu günlərdə vəzirləin məclisində Badkubə dəmiryolu təsdiq olunub. Ol yol Tiflisdən, Qarayzıdan, Gəncədən, Gorandan, Zərdabdan, Hacıqabuldan Badkubəyə gedəcək.
Gömrü dəmiryolu Tiflisdən, Ağstafadan, Bambak dərəsindən İrəvan iklə Eçmiadzin şəhərlərinin arasından Gömrüyə gedəcək. Hər iki yolu Tiflisdən Poti şəhərinə dəmiryolu təmir edən icma tikdirəcək.
Badkubə yolu iyirmi səkkiz ayın müddətində, yəni 1878-ci sənədə yanvar ayının əvvəlinədək gərək tamam olsun.
4 noyabr 1875
Для отправки комментария необходимо войти на сайт.