Daily Archives: 15.03.2015

«ƏKİNÇİ»: BAKI GİMNAZİYASINDA AZƏRBAYCANLILAR NİYƏ AZ İDİ?

Стандартный

19-cu əsrin 70-ci illərində Bakıda neçə gimnaziya vardı? Niyə Bakı məktəblərində oxuyan azərbaycanlıların sayı ruslara və ermənilərə nisbətən çox az idi? Bu kimi çox vacib suallların cavabını “Əkinçi” qəzetinin 4 noyabr 1875-ci ildə çıxmış sayında tapmaq olar.

Ekinchi1

Bu axır zaman on illik müddətində Rusiya oxumaq çox tərəqqi edib. On il bundan əqdəm zikr olan oxuyanların nisfi qədər oxuyan olmayıb, amma indi Rusiyada ol qədər oxumaq istəyən var ki, tamam məktəbxanalar dolubdurlar və hər il də bir məktəbxanaya oxumaqdan ötrü o qədər ərizə verən olur ki, onlardan yer olmadığına görə beşdən bir adam götürmək olur. Ona binaən həmişə təzə məktəbxanalar bina olunur. Çünki ol qədər məktəbxanaları dövlət saxlaya bilməz, ona binaən hət bit şəhərin icmai səy edir ki, öz xərci ilə şəhərlərində məktəbxana açsınlar. Rus qəzetlərini oxuyanlara məlumdur ki, onların hər bir nömründə məktəbxanalar açılcaqdan xəbər verilir. Bizim Qafqazda, məsələn, Badkubə gimnaziyasında ol qədər oxumaq istəyən var ki, keçən il 100 adamdan yer olmadığına ancaq 50 adam qəbul olub. Pəs nə ki, ruslar, hətta bizim Qafqazda olan millətlər oxuçağın xeyrini bilib tamam məktəbxanalarımızı doldurublar.  İndi görək bizim məktəbxanalarda oxuyanlar kimdir? Badkubə quberniyasının sakinləri təxminən yüz min olsa, o cümlədən on mindən ziyadə erməni olmaz. Rus ki, onlardan da azdır. Bizim quberniyada bircə Badkubə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən  250 rus, 150 erməni, 100 müsəlmandır. 33 zikr olam müsəlmanlardan padşahlıq xırci ilə pansionda oxuyur, baqisi öz xərcləri ilə oxuyurlar. O cümlədən 30-can badkübə əhlidir ki, əvvəlinci klasa giribdilər, rus dili öyrənib sonra öz dadostədlərinə nail olsunnlar. Əlbəttə, onları elm təhsil edən hesab etmək olmaz. Pəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri millətlərdir. Biz müsəlmanlar elmdən vəba  naxoşkuğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xəeci ilə də oxumaq istəmirik. Məsələn, Dağıstan müsəlmanlaırndan Badkübə gimnaziyasına gərək15 padşahlıq xarciylə oxuyan olsun, ammma müsəlmanlar oxumaq istəmədiyinə onlardan ancaq 13 mü3səlman oxuyur, ikisinin əvəzində rus uşaqları oxuyurlar.

Belə olan surətdə biz müsəlmanlar elm təhsil etməkdən, yəni zindəganlıq cənginin əsasını ələ gətirməkdən qaçmaqlığa görə ol cəngdə məğlub olub mürur ilə tələf olacayıq.

 

 

 

 

 

.

 

Реклама