1875-Cİ İLDƏ BAKIDA QİYMƏTLƏR

Стандартный

ЗАРДАБИ

İndi Rusiyada da, Azərbaycanda da ən aktual mövzu rublun və manatın öz dəyərini itirməyi, qiymətlərin artmağıdır. 1875-ci ildə Bakıda hansı qiymətlərin olduğundan “Əkinçi” qəzeti xəbər verir.

Ekinchi1

Badkubədə neftin xalvarı, yəni iyirmi pudu 1 manat 50 qəpikdən tutmuş 2 manat 50 qəpik, neft jövhərinin pudu boçkasız 65 qəpik, boçkası ilə 1 manat.

Buğdanın xalvarı, yəni iyirmi beş pudu15-dən 16 manat 50 qəpik, arpanını 8 manat, düyünün pudu 18 şahı, mal ətinin əlasının girvənkəsi 6 qəpik, alçağının 5 qəpik, fındığın girvənkəsi 12 qəpik, qozun 4 qəpik, noxud 3 qəpik, qara kişmiş 6 qəpik, sarı kişmiş 8 qəpik, qaysı 2 şahı, stiarin şamı 5 şahı, qəndin pudu 8 manat 2 abbası, yunun pudu 3 manat, pambığın 5 manat 50 qəpik.

«Ocaq»dan: Bəzi mənbələr çar rublunun indiki 1282 rubl 29 qəpiyə bərabər olduğunu iddia edirlər. Ancaq bu hesablama 2013-cü ilin yanvarına aiddir.

 

Обсуждение закрыто.