Daily Archives: 07.03.2015

1875-Cİ İLDƏ BAKIDA QİYMƏTLƏR

Стандартный

ЗАРДАБИ

İndi Rusiyada da, Azərbaycanda da ən aktual mövzu rublun və manatın öz dəyərini itirməyi, qiymətlərin artmağıdır. 1875-ci ildə Bakıda hansı qiymətlərin olduğundan “Əkinçi” qəzeti xəbər verir.

Ekinchi1

Badkubədə neftin xalvarı, yəni iyirmi pudu 1 manat 50 qəpikdən tutmuş 2 manat 50 qəpik, neft jövhərinin pudu boçkasız 65 qəpik, boçkası ilə 1 manat.

Buğdanın xalvarı, yəni iyirmi beş pudu15-dən 16 manat 50 qəpik, arpanını 8 manat, düyünün pudu 18 şahı, mal ətinin əlasının girvənkəsi 6 qəpik, alçağının 5 qəpik, fındığın girvənkəsi 12 qəpik, qozun 4 qəpik, noxud 3 qəpik, qara kişmiş 6 qəpik, sarı kişmiş 8 qəpik, qaysı 2 şahı, stiarin şamı 5 şahı, qəndin pudu 8 manat 2 abbası, yunun pudu 3 manat, pambığın 5 manat 50 qəpik.

«Ocaq»dan: Bəzi mənbələr çar rublunun indiki 1282 rubl 29 qəpiyə bərabər olduğunu iddia edirlər. Ancaq bu hesablama 2013-cü ilin yanvarına aiddir.

 

Реклама

ALTAY NİFTƏLİYEVİN DOĞUM GÜNÜNƏ

Стандартный

Tarzən Altay Niftəliyevi Samarada yaşayan azərbaycanlılarının çoxu, xoşbəxtlikdən, təkcə televiziya ilə yox, canlı da eşidiblər. Altay bəy başının dəstəsiylə bir neçə dəfə “Samara vilayəti azərbaycanlılarının Liqası”nın tədbirlərində iştirak edib və təkcə gözəl ifaçılığı ilə yox, həm də yüksək davranış mədəniyyəti və qılıqlılığı ilə rəğbət qazanıb.

Doğum gününüz mübarək olsun, Altay bəy! Samarada həmişə yolunuzu gözləyirik!

24 мая АЛТАЙ МИРАЛАМ24 may 2013, Samara

 

 

ZƏRDABİ ÖLÜB… «MƏN KAFEDƏYƏM…»

Стандартный

“Ocaq” qəzetinin fevral sayının çapı yubanır, çünki səhifəyığanın əri ölüb. Mən bu xəbəri vermişdim, ancaq nə bu xəbərlə, nə qəzetin yubanmağıyla maraqlanan oldu. İndiyəəcn bir nəfər də zəng vurmayıb, mənimlə Feysbukda teoloji mükaliməyə girən adamlar yəqin belə sadə həyat məsələləinə qatılmağı öz rütbə və mənsəblərinə sığışdırmırlar….

Valentina Vasilyevna səkkiz ildir bizim qəzeti yığır, təşkilatımızın üzvü kimidir, sonsuz qadındır, yeganə yaxın adamını itirib. Təşkilatın İdarə heyətinin 17 (!) üzvündən heç olmasa bir nəfər zəng vurub başsağlığı verəydi, dəfnlə maraqlanaydı…

Mərhumu görməmişdim. Öldüyü günün iki dəfə telefonla danışıb arvadını soruşmuşdum… Bir neçə saat əvvəl telefonla danışdığım adamın qəfil keçinməsindən elə sarsıldım ki, özümü saxlaya bilməyib bir tanışa zəng olanı vurub danışdım. “Hə? Mən kafedəəyəm…”

İndi bu zəngə görə özümü danlayıram…

Bizim adam həmişə kafedədir. Bizim adam üçün “mən kafedəyəm” fransızın, almanın üçün “mən kafedradayam”, “mən labaratoriyadayam deməsi kimi bir şeydir…

Nə qəzet?

Zərdabi ölüb…

İndi hörmətli zərdablı kafesi olan zərdablıdır…