Daily Archives: 21.11.2014

MIRZƏ TƏBİL. ƏLİAĞA VAHİDƏ NƏZİRƏ

Стандартный

Məlumdur ki, “Ocaq” qəzeti şer çap eləmir, çünki redaksiyanın fikrincə, Azərbaycanda bir şair var, o da Zəlimxan Yaqubdur. O kişinin də qabağına şeir çıxarmaq biədəblikdir. Ancaq bu yaxınlıarda redaksiyamıza bir nəfər gəldi, dedi ki, adı Mirzə Təbildir, özü də Mirzə Əlilin yaxın qohumudur. Çox xahiş elədi, üzdən-gözdən saldı ki, gərək onun yaxşı bir eloğluna həsr etdiyi şeiri çap edək. Məcbur olub onun xahişini yerinə yetiririk, nə gizlədək, bir az yemək-içmək də gətirmişdi… Ancaq redaksiyanın fikrincə, bu, şeir-zad deyil, cəfəngiyyatdır.

 

Mirzə TƏBİL

 

ƏLİAĞA VAHİDƏ NƏZİRƏ

 

Polis xidmətində xırda gizirdin,

Patrul olurdun, küçələr gəzirdin.

Tində dururdun, qulaq da kəsirdin,

Bənzəməsən də sən özün caniyə,

Tı kto takoy, davay, do svidaniya!

  

Könlünə düşmüş nə yaman paxanlıq,

Pullu cənablarla görüş yaxınlıq.

Yaxşı bacarsan da girib-çıxanlıq,

Arzuların bəlli olub hamıya,

Tı kto takoy, davay do svidaniya.

 

Millət ağıldan demə ki, zəifdir,

Hiylə qurub aldadasan, hərifdir.

Hər kəsə bəlli ləqəbin də — Afdır,

Meyil salandan bu kababxanaya,

Tı kto takoy, davay do svidaniya.

 

Nə çalsan, olacaq tar balalayka.

Sat tarını getsin, al balalayka.

Yığ başına dəstə, çal balalayka,

Əcəb  gözəldir bu filarmoniya,

Tı kto takoy, davay, do svidaniya.

  1. 11. 2014

 

 

 

Реклама