Daily Archives: 14.11.2014

Газета ОЧАГ 2011-06

Стандартный

сухие авралиочаг_6_цветной

Реклама

RUSİYA FEDERASİYASINDA ƏMƏK MÜQAVİLƏSİ BAĞLAYAN ƏCNƏBİ VƏTƏNDAŞLAR ÜÇÜN İNFORMASİYA

Стандартный

ГОСИНСПЕКЦИЯ

  1. Əcnəbi vətəndaşlar üçün əmək müqaviləsi yazılı formada iki nüsxədə işə icazə müddətinə uyğun bağlanılır. Müqavilənin bir nüsxəsi işçiyə verilir, ikinci nüsxə işverəndə saxlanılır. İşçinin müqaviləni almağı işverəndə qalan nüsxədə işçinin imzası ilə təsdir edilir.
  2. İşçinin işə qəbulu barədə əmr işə başlanandan sonra üç gün ərzində işçiyə imzası alınmaqla elan edilir.
  3. İşə qəbul olunanda (əmək müqaviləsi bağlanana qədər) işverən işçiyə qol çəkdirməklə daxili əmək qaydalarıyla, kollektiv əmək müqaviləsiylə birbaşa bağlı olan normativ aktlarla hökmən tanış etməlidir.
  4. İşverən onda beş gündən artıq işləmiş hər işçi üçün əmək kitabçası açmalıdır.
  5. Əmək haqqı Rusiya Federasiyasının Federal Qanunu ilə müəyyən edilmiş məbləğdən (1 yanvar 2014-cü ildən – 5554 rubl) az olmayaraq və ən azı ayda iki dəfə daxili əmək müqaviləsiylə müəyyən edilmiş gün verilməlidir.
  6. Qanunvericilikdə zərərli, təhlükəli hallarda görülən işlər və bayram və ya qeyri-iş günləri görülən işlər üçün artırılmış ölçüdə əmək haqqı nəzərdə tutulmuşdur.
  7. İş həftəsinin uzunluğu həftədə 40 saatdan artıq ola bilməz, digər kateqoriyalı işçilər üçün iş vaxtı azaldılır.
  8. İllik və ödənilən məzuniyyət 28 təqvim günü, ayrı-ayrı kateqoriyalı işçilər üçün ödənilən məzunuyyətin müddəti 7 təqvim günüdür.
  9. İki aya qədər müddətə müqavilə bağlamış işçilərə ödənilən məzunuyyət verilir ya da bir aydan sonra işdən çıxanda kompensasiya ödənilir.
  10. Zərərli və təhlükəli şəraitlə, həmçinin nəqliyyat hərəkəti ilə bağlı işlərə götürülənlər məcburi şəkildə ilkin (işə girəndə) və vaxtaşırı (21 yaşa qədər – ildə bir dəfə) tibbi müayinədən keçirlər.
  11. Bütün işə götürülənlər üçün işverən ya müvəkkil əməyin mühafizəsi üzrə təlimat verməli, işin təhlükəsiz metod və fəndlərinin və zərərçəkənlərə ilk yardımın göstərilməsini öyrətmək üçün dərslər keçilməlidir.
  12. İşçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən məcburi sosial sığorta ilə təminat və iş qabiliyəti müvəqqəti itiriləndə işverənlərin hesabına ödəniş almaq hüququ var.
  13. İşçilər, onların əməyin mühafizəsi ilə bağlı hüquqlarının və həmçinin bədbəxt hadisələrin təhqiqatı qaydalarının pozulduğu hallarda hüquqlarının müdafiəsi üçün Dövlət müfəttişliyinə bu ünvana müraciət edə bilərlər: Novo-Sadovaya, 106A. Müraciəti həmçinin rəsmi sayta göndərmək olar: git63.rostrud.ru Qaynar telefon nömrəsi: (846) 263-52-17

Samarala Dövlər əmək müfəttişliyi