Daily Archives: 16.10.2014

O DA AŞİQ İDİ… O DA QƏRİB İDİ…

Стандартный

LERMONTOV

Oktyabrın 15-də rus şairi Mixail Yuryeviç Lermontivun 200 yaşı tamam olub. Lermontov hərbi qulluq keçdiyi vaxt Azərbaycana gəlmiş, Tiflisdə Mirzə Fətəli Axundovla dostluq etmişdir. Böyük rus şairi Tiflisdə bir “türk sazandarından” eşitdiyi Azərbaycan dastanı “Aşıq Qərib”i rus dilinə çevirmişdir.

“Ocağ”ın oxucularına Mixail Lermontovun ən məşhur şerilərindən birinin Azərbaycan dilinə tərcüməsini təqdim edirik.

M. Y. LERMONTOV

 

ÇIXIRAM TƏK YOLA…

 

                             ВЫХОЖУ ОДИН Я НА ДОРОГУ…

 

 

Çıxıram tək yola, çınqıllı bu yol,

Ağ dumanlar arasından qızarar.

Gecə sakit. Eşidir Tanrını çöl,

Danışır bir-biriylə ulduzlar.

 

Nə gözəl təntənə var göylərdə!

Yer yatır mavi örtük altında.

Nədir bu iztirab, bu ağrı nədir,

Ümidim varmı? Peşmanammı ya da?

 

Yox həyatdan daha bir gözlədiyim,

Olub –keçənlərə peşman deyiləm.

Dinclik, azadlıqdır izlədiyim,

Yatam, nə varsa yaddaşımda, siləm.

 

Əbədi həm soyuq məzar yuxusu,

Deyil, əlbəttə, mənim istədiyim.

Nəfəsdən itməsin həyat qoxusu,

Sinəm nəfəslə titrəsin yenə də.

 

Ruha çəksin gecə-gündüz məlhəm,

Dinsin eşq nəğməsi şirin, şaqraq.

Və bir əsmər palıd da üstümə həm,

Kölgə salsın həzin şırıldayaraq.

 

 

Tərc.: 26 mart-9 aprel 2013 Samara

 

 

 

 

 

 

Реклама