Daily Archives: 09.10.2014

Газета ОЧАГ 2011-12

Стандартный

СКР 2011-12-2

очаг12_2011_цветн

Реклама

ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI: MODİANO VƏ YA XATIRLAMA SƏNƏTİ

Стандартный

MODIANOPatrik MODİANO

 

İsveç akademiyası romanları keçmişin daimi axtarışı kimi xarakterizə olunan yazıçıya mükafat verməyi qərara almışdır. Le Kleziodan sonra Modiano son altı ildə Nobel mükafatına layiq görülən ikinci fransız müəllifidir.

 

Patrik Modianonun mətnlərini sevdirən nədir? Bu, xüsusi ahəngdir, qeyri-müəyyən ikimənalılıqdır ki, yalnız ona məxsusdur. Bu mətnləri oxumağa başlayanda yarımçıq qoymaq olmur. İlk sətrlərdən bir həyat, həyatlar  və ünsiyyətlər yaranır. Biz tərəddüd dolu hekayəçi ilə birlikdə eyni zamanda həm təlaşlı və həm  dəqiq bir xatirəyə baş vururuq. Modiano səsdir, fransız ədəbiyyatında ən gözəl səslərdən biridir, o bəzən sadə sözlərlə, bəzən çoxlu sukutlarla ilə müşaiyət olunan musiqidir. Başa düşmək çətindir ki, “Dora Bruder”in müəllifi hansı vasitələrlə sirr və melanxoliya dolu atmosfer yaratmağa müvəffəq olur. O, adsız qəhrəmanları elə işıqlandırır ki, bizdə onlara rəğbət yaranır. Bütün bunları biz “İtirilmiş gənclik kafesndə” romanında tapırıq. Biz Parisdəyik, 1960-cı illərdir. Bir gənc qadın yoxa çıxıb. Onun haqqında məlumat çox azdır. O yalnız ləqəbiylə tanınır: Luki. Axı o kimdir? Bu qadınnın portretini çəkmək üçün Modoano sözü onunla haçansa rastlaşmış adamlara veriir: xüsusi detektiv, tələbə, yazıçı və bu gənc qadının əri. Həmçinin Luki öz üfüqlərsiz həyatını qara və ağ rənglərlə təsvir edir…

Romanın başlığı – “İtirilmiş gənclik kafedində” –  “sentimental filosof” Gi Debordan  götürülmüşdür…

(Şəkil və yazı Le Figaro qəzetindən götürülüb. Fransızcadan tərcümə “Ocağ”ındır)

BİOQRAFİYA:

Patrik Modiano flamand mənşəli aktrisanın və italyan işadamının oğludur. Valideyinləri tez-tez evdə olmayıb, ona görə uşaqlığı pansionda keib və 10 yaşında ölmüş böyülk qardaşına çox bağlı olub. Bu ölüm onun üçün uşaqlığın sonu kimi olub və bu dövrü uzun zaman qüssə ilə xatırlayıb. Kitablarının çoxunu Rudiyə həsr edib. Litseydə təhsilini başa vurandan sonra özünü tamamilə ədəbiyyata həsr etmək qərarına gəlib. 1967-ci ildə Fransanın işğalına həsr olunmuş “Ulduzun yeri” adlı ilk romanını çap etdirib…

 (Le Figaro, ixtisarla)