Daily Archives: 24.09.2014

  SOS! KÖMƏK ANCAQ XARİCDƏN GƏLƏ BİLƏR!

Стандартный

 Samarada yaşayan soydaşlarımız arasında mənim çoxlu xeyirxahım və pərəstişkarım var. Onlar mənim yazdıqlarımı nəinki özləri dönə-dönə oxuyurlar, hətta Azərbaycan prezidentinin admininstariyasına və MTN-ə vatlı-vaxtında çatdırırlar. Şəxsən mən belə hesab edirəm ki, mənim yazdıqlarım prezident admıinistariyasının və MTN-in yüksək diqqətinə qətiyyən yayiq deyil və soydaşlarımdan acizanə xahiş eləmişəm ki, cızma-qaralarımı Azəebaycana göndərməsinlər. Ancaq soydaşlarım mənim sözümə baxmırlar, deyirlər ki, sənin hər sözün elə qiymətlidir ki, gərək Azərbaycan rəhbərliyi onu hökmən eşidə.

Belə xeyirxah insanlara nə deyəsən? Sağ olsunlar. İndi ki soydaşlarım onsuz da elədiklərini edəcəklər, mən də bu fürsətdən bir vacib iş üçün istifadə etmək istəyirəm. Yəni bir vacib məsələ baradə o ümidlə yazıram ki, samaralı soydaşlarım onu yubanmadan Azərbaycan rəhbərliyinə çatdıracaqlar.

Mənim anamın yaşı doxsanı ötüb. Oğlanları, məndən başqa, ölüblər. Tək qalıb. Köməyə ehtiyacı var. Baxan lazımdır. Son vaxtlar axtarış gedir, baxan tapılmır. Yəqin ki, tapılar. Ancaq problem xüsusi deyil, bu bəlkə də Azərbaycanda on minlərlə qocanın problemidir. Bəzilərinin baxanı var, bəzilərinin yox. Bəzilərinə xüsusi şərait, daimi tibbi yardım lazımdır ki, bu, ev şəraitində mümkün deyil. Nə gizlədək, öz doğma adamları içində günü qara olan qocalar da az deyil. Söyülənlər və hətta döyülənlər də olur. Azərbyaycabda yüz il bundan qabaq necə olduğunu bilmirəm, ancaq indi orda qocaları sevmirlər. Azərbaycanda uşaqları sevirlər. Doğulan uşaqların qırx günlüyünün şadlıq saraylarında necə təmtəraqla keçirilməyi buna sübutdur. Çoxmu qocanın yetmiş, səsksən illiyi keçirilir? Uşaqların bağçaya, məktəbə getməyi, oğlanların kəsilməyi – bunlar da böyük dəbdəbə ilə qeyd olunur. Pensiyaları elə bu hoqqalara xərclənən qocalar yuyulmaqdan rəngi germiş paltarlarında səhərdən axşamaacan əlləşirlər – xəstəlikdən yıxılana qədər ya yıxılıb ölənə qədər….

Qeyd edirəm ki, dediklərim bütün qocalara aid deyil, oğul-qızlarıyala, nəvələriylə əhatədə firavan yaşayan, qayğılanan qocalarımız da yəqin ki, on minlərlədir. Mənim sözüm ancaq qayğısız, köməksiz qalan, daimi tibbi yardıma ehtiyacı olan qocalardandır. Mənim fikrimcə, onlar üçün Azərbaycanın hər yerində qocalar evləri açılmalıdır. Ancaq bu qocalar evlərini azərbaycanlılar yox, xaricilər – isveçlilər, amerikalılar, norveçlilər, finlər, danimarkalılar açmalıdırlar. Çünki belə işi azıərbaycanlılara tapşırmaq olmaz. Azərbaycanlı şüuru qocalara qarşı düşmən şüurdur. “Qulağının dibindən halva iyi gəlir”, “bir ayağın burdadır, bir ayağın gorda”, “haçan bunun ehsan bozbaşını yeyəcəyik” və s. sözlər bizim xalqın şüurundan gəlir. Mən qocalarımızı bizim tibb bacılarına etibar etməzdim, çünki bu tibb bacılarında peşə əxlaqı, peşı mədəniyyəti yoxdur və ərinin yanında hörməti onun “daşbaşından” asılıdır… Mən qocaları bizim həkimlərə etibar etməzdim, çünki həkimlərimizin böyük əksəriyyətinin əxlaqı alman faşistlərinin həbs düşərgələrində işləmiş həkimlərin əxlaqından fərqlənmir. Bu adamların dəyişməsi üçün gərək idarələr dəyişə, nazirliklər dəyişə və hər xəstə ya qoca baxıcısının başının üstündə bir müxalifət televiziyasının kamerası ola…

Cənablar və xanımlar! Çağırın gəlsin xariciləri ki, bizim qocaların dadına çatsınlar!

Fürsətdən istifadə edib prezident administrasiyasının işçilərinə, xüsusən akademik Ramiz Mehdiyev., bütün MTN rəhbərliyinə salam yetirir və onlara nəcib işlərində uğur arzulayıram.

MƏMƏ 2014

Xeyrulla Xəyal.

24 sentyabr 2014, Samara, Rusiya Federasiyası

 

 

Реклама