“DURMASIN MİRZƏ ƏLİL,”AZƏRBAYCAN”A GƏLSİN..”  

Стандартный

Sizdən nə gizlədim, səhər tezdən durmaqla aram yoxdur. Arvad ayaqlarını yerə nə qədər bərk vursa da, qab-qacağı necə cingillətsə də, bir saat-saat yarın yerdəmi alıram. Ancaq bu yaxınlarda elə səhər təzə açılmışdı ki, hay-küy saldı, yorğanı çəkib atdı üstümdən ki, dur, evimiz yıxılıb. Dedim a rəhmətliyin qızı, biz Rusiyada yaşayırıq, bura təhlükəsiz ölkədir, o ki qaldı sanksiyalara, Putin özü deyib ki, sanksiyaların bizə ancaq xeyri var. Arvad dedi dur ayağa, bəla Rusiyadan gəlməyib, bəla Azərbaycandan gəlib. Dur görüm, orda prezident dəyişilib, səni də təcili çağırırlar. Görəsən nə qələt eləmisən.

Bunları deyib arvad mənə bir məktub verdi. Məktuba baxıb gördüm ki, doğrudan da Azərbaycandandır. Məktubda bunlar yazılmışdı: “Cənab Mirzə Əlil! Sizin təcili Azərbaycana gəlməyinizi tələb edirik. Evdə nə qəqər pulunuz varsa, götürün. İmza: Azərbaycan prezidenti Elmar.”

Oxuyub dəhşətə gəldim. Balam, Azərbaycanda haçan dəyişiklik olub, bunu niyə Rusiyada teleziya xəbər verməyib, indi İlham Əliyev cənabları hardadır…Bu təzə prezident məni niyə çağırır…Düzü mən özüm çox istəmişəm ki, İlham Əliyev bir məni çağırsın, medaldan-zaddan versin, cibimə dava-dərman pulu qoysun… çağırmayıb. Başa düşürəm, zat-alilərinin başı o qədər qarışıq olub ki, Mirzə Əlil hardan yadına düşsün. İndi görəsən bu təzə prezident məni neynir. Özü də tələb edir ki, pul aparım. Yəni bu təzə prezident tamam lütdür ki, mənim kimilərdən qəpik-quruş yığır? Bəlkə zat-aliləri İlham Əliyev bütün pulları yığıb aparıb, ona görə təzə prezident dilənir…Vallav, qalmışdım elə yarıçılpaq döşəyin üstündə. Arvada dedim televizoru aç, bəlkə Azərbaycandakı çevrilişdən bir zöz deyələr. Dedi ay kişi, bilmirsən ki, televizoru açan kimi MTN səni görəcək? Sən televizora baxırsan, MTN də sənə baxır… Bizim arvad çox ağıllı arvaddır, arvad olmasaydı,min kişidən biriydi… Bir neçə saat beləcə oturduq ac-acına – heç boğazımıza çörək gedər? Axşama yaxın səbrim kəsildi, dedim arvad, gərək mən öyrənəm məsələ nədir, onsuz da gec-tez rus hökuməti tututb məni verəcək Azərbaycana. Qorxa-qorxa zəng elədim bir soydaşıma, sizdən yaxşı olmasın, çox yaxşı oğlandır, qarpız satır, çox məlumatlı adamdır. Dedim əmioğlu, sənə bir sualım var, krossvord həll edirəm. Azərbaycanın prezidenti kimdir? Dedi Mirzə, sənin də zarafatların var ha. Necə yəni kimdir? Azərbaycanda kim prezident ola bilər? Əlbəttə, İlham Əliyev. Dedim əmioğlu, krossvordda bir sual da var: Elmar kimdir? Qarpızsatan soydaşımız qəhqəhə çəkib güldü: A kişi, deyirsən o cüvəllağının adı krossvorda düşüb? A kişi, bezmişəm əlindən, həftə səkkiz, mən doqquz, gəlir ya pul istəyir, ya qarpız aparır…  Özü də “Azərbaycan” təşkilatının rəhbəridir..

Ürəyim yerinə gəldi… Arvada dedim, o da sakit oldu. İndi bilmirdik ki uzanınb yerdəmi alaq, ya da bir tikə çörək yeyək…

 

Mirzə ƏLİL

  1. 09. 2014 Samara
Реклама

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s